10 Mart 2026, 13:54
FUTBOL
"Borrusiya"da çıxış edən Karni Çukvuemeka milli komanda seçimini edib.
Matc.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Avstriya yığmasında çıxış edəcək. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Çukvuemeka millinin mart ayında keçiriləcək yoldaşlıq oyunları üçün heyətə daxil ediləcək. Onun hədəfi Avstriya seçməsi ilə dünya çempionatında iştirak etməkdir.
Qeyd edək ki, Karni Çukvuemeka İngiltərənin U-17, U-20 və U-21 milli komandalarına dəvət alıb.












