Qazaxıstanın AKAS Futbol Klubunun baş məşqçisi Dövran Maratoviç Kencaxunov "Qarabağ" fərdi təcrübə proqramı keçir.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübə proqramı 1 ay müddətini əhatə edəcək. Mütəxəssisə Azərbaycan klubunun bütün iş proseslərinə tam çıxış imkanı yaradılıb.

Təcrübə proqramı çərçivəsində Dövran Maratoviç aşağıdakı istiqamətlərdə iştirak edir:

əsas komandanın məşq prosesində
nəzəri dərslərdə
oyunların analitik təhlilində
məşqçilər heyətinin işində
futbolçuların fiziki hazırlıq sistemində
oyunçuların tibbi müşayiəti və bərpa prosesində

AKAS klubu göstərilən etimada və peşəkar təcrübə mübadiləsi imkanına görə "Qarabağ"a və şəxsən Qurban Qurbanova təşəkkür edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest