10 İyun 2025, 17:50
FUTBOL
"Arsenal" İngiltərə millisi və "Kristal Pelas"ın futbolçusu Mark Qehini transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Gunner Blog" paylaşıb.
Müdafiəçinin "Kristal Pelas"la müqavilə müddətinin bitməsinə 1 il qalsa da, adı satışa çıxarılanların siyahısında yer alıb. 24 yaşlı futbolçu üçün təzminat məbləğinin 60 milyon avro civarında olduğu bildirilir.
Qeyd edək ki, Qehi 2021-ci ildən "Kristal Pelas"ın formasını geyinir. O, bu müddətdə meydana çıxdığı 132 matçda 6 qolla yadda qalıb. Futbolçu 2022-ci ildən İngiltərə millisinin formasını geyinir.