10 İyun 2025, 18:07
FUTBOL
Adil Şükürov "Kəpəz"in yeni baş məşqçisi olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Qərb təmsilçisi təcrübəli mütəxəssislə 2 illlik müqavilə imzalayıb.
Qeyd edək ki, Şükürov 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"i çalışdırıb.
Adil Şükürov Gəncə klubunda futbolçu qismində də çıxış edib. O, 1999/2000 mövsümündə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medalını qazanıb və Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.