İtaliyanın "Leççe" komandası baş məşqçisi Marko Giampaolo ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı paylaşıb.

Bildirilir ki, 57 yaşlı mütəxəssislə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, "Leççe" mövsümü 34 xalla 17-ci pillədə tamamlayıb. Komanda Marko Giampaolonun rəhbərliyi altında 26 oyunda 6 qələbə və 13 məğlubiyyətlə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest