11 İyun 2025, 12:50
FUTBOL
"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi "Milan"dan Tiyani Reyndersi transfer edib.
"Şəhərlilər" niderlandlı yarımmüdafiəçi üçün İtaliya klubuna 55 milyon avro və bonuslar ödəyəcək. 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Tiyani Reynders ötən mövsüm "Milan"ın heyətində keçirdiyi 54 oyunda 15 qol vurub, 5 qol ötürməsi edib.