11 İyun 2025, 19:08
FUTBOL
"Liverpul"u uruqvaylı hücumçu Darvin Nunesin qiyməti ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "TalkSPORT" paylaşıb.
İngiltərə çempionu futbolçunu 70 milyon avroya buraxmağa hazırdır.
"Əl-Nəsr" qışda bu məbləğdə təklifi etmişdi, amma sonra futbolçu transferdən imtina etdi.
Nunesin özü isə karyerasını İspaniya və ya İtaliyada davam etdirmək istəyir, amma çətin ki, onun üçün belə bir məbləğ ödəsinlər, baxmayaraq ki, "Atletiko" futbolçuya müəyyən maraq göstərir.
Xatırladaq ki, ötən mövsüm 25 yaşlı Nunes "Liverpul"un heyətində bütün turnirlərdə 47 matçda 7 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.