11 İyun 2025, 20:10
FUTBOL
"Çelsi" cinah yarımmüdafiəçisi Ceydon Sançonun icarəni başa vurduqdan sonra "Mançester Yunayted"ə qayıdacağını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Xatırladaq ki, 25 yaşlı futbolçu London komandasına 31 avqust 2024-cü ildə icarə əsasında qoşulub. Ötən mövsüm Sanço "Çelsi"nin heyətində bütün turnirlərdə 42 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib.
25 yaşlı yarımmüdafiəçinin "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 28 milyon avrodur.