"Qarabağ"da iki ayrılıq gerçəkləşib. Ağdam təmsilçisi Patrik Andrade və Yassin Benzia ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçunun klubla başa çatan müqaviləsinin müddətini uzadılmayıb.

Patrik Andrade ötən mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Yassin Benzia isə 2023-cü ilin yanvar ayından "Qarabağ"da çıxış edirdi. Əlcəzair millisinin üzvü bu müddət ərzində komandanın heyətində meydana çıxdığı 104 rəsmi matçda 28 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest