"Srvena Zvezda"nın yarımmüdafiəçisi Vasiliye Kostov karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, insayder Fabritsio Romano məlumat yayıb.

"Arsenal" serbiyalı futbolçunun keçidini həll edib. London klubu 17 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 12 milyon avro təzminat ödəyəcək. Bu məbləğ bonuslarla birlikdə 20 milyon avroya qədər arta bilər.

Qeyd edək ki, Vasiliye Kostov "Srvena Zvezda"nın yetirməsidir. Serbiya millisinin üzvü bu mövsüm Belqrad təmsilçisinin heyətində keçirdiyi 42 oyunda 14 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest