12 İyun 2025, 00:26
FUTBOL
"Gent"in müdafiəçisi Cordan Torunariqa "Hamburq"a keçib.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 27 yaşlı futbolçu yeni komandası ilə azad agent kimi müqavilə imzalayıb.
Qeyd edək ki, Torunariqa "Herta"nın yetirməsidir. O, 2022-ci ilin yanvarında "Gent"ə keçib. Torunariqa Belçika klubunda 145 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Müdafiəçi 2023-cü ilin oktyabrında Nigeriya millisində debüt edib.