"Borussiya"nın yarımmüdafiəçisi Salih Özcan Türkiyədə çıxış edə bilər.

Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" və "Beşiktaş" futbolçunun xidmətində maraqlıdır.

"Borussiya" oyunçusunu satmağa hazırdır. Almaniya klubu 27 yaşlı yarımmüdafiəçi üçün 5 milyon avro tələb edir.

Türkiyə millisinin üzvü olan Salih Özcan özü də ölkəsində oynamağa isti yanaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest