Cüdo tariximizdə ilk dəfə azərbaycanlı referi böyüklər arasında dünya çempionatına dəvət alıb.

Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest