12 İyun 2025, 12:55
FUTBOL
"Beşiktaş" "Napoli"nin yarımmüdafiəçisi Frank Anqissanı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.
"Qara qartallar" kamerunlu futbolçu üçün İtaliya çempionuna 10 milyon avroluq rəsmi təklif göndərib. Neapol klubu bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Frank Anqissa 2021-ci ilin yayından "Napoli"də çıxış edir. 29 yaşlı yarımmüdafiəçi ötən mövsüm A Seriyası təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 6 qol vurub, 5 qol ötürməsi edib.