12 İyun 2025, 14:58
FUTBOL
"Trabzonspor" "Leypziq"in hücumçusu Timo Verneri transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Almaniya klubu futbolçusu üçün 4 milyon avro təzminat tələb edir. 29 yaşlı forvard özü isə "Trabzonspor"dan illik 6 milyon avro maaş istəyir. Türkiyə klubu alman oyunçu ilə maaş istəyini azaltmaaq üçün danışıqları davam etdirir.
Qeyd edək ki, Timo Verner ötən mövsüm icarə əsasında "Tottenhem"də çıxış edib.