12 İyun 2025, 15:49
FUTBOL
"Fənərbaxça"dan ayrılan Edin Cekonun "Bolonya"ya keçidi tamamlanmaq üzrədir.
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
İtaliya klubu Cekoya illik 1,5 milyon avro maaş olmaqla 2 illik müqavilə təklif edib. 39 yaşlı futbolçunun təklifi qəbul edəcəyi bildirilir.
Qeyd edək ki, Edin Ceko İtaliyada daha əvvəl "Roma" və "İnter"də çıxış edib.