"Qalatasaray" "Mançester Siti"nin 34 yaşlı yarımmüdafiəçisi İlkay Gündoğanı transferinə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında jurnalist Yağız Sabuncuoğlu paylaşıb.
Bildirilir ki, almaniyalı futbolçu da türk nəhənginə keçmək istəyir. Gündoğana "Qalatasaray"dan başqa Səudiyyə Ərəbistanı klublarından birindən də rəsmi təklif gəlsə də, İstanbul təmsilçi futbolçunu almağa daha yaxındır.
Qeyd edək ki, Gündoğan 2016-cı ildən "Mançester Siti"də çıxış edir, lakin 2023/2024 mövsümündə "Barselona"da forma geyinib, daha sonra yenidən ingilis klubuna qoşulub.
Ötən mövsüm almaniyalı bütün turnirlərdə 50 matçda iştirak edib və 3 qol vurub və 7 məhsuldar ötürmə edib. 34 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir. "Transfermarkt" portalında futbolçunun dəyəri 5 milyon avrodur.