"Qartallar" iyunun 14-də çalışmalara start verəcəklər. Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq.

"Zirə"nin yaydakı hazırlıq planı bəlli olub. 

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Qartallar" iyunun 14-də çalışmalara start verəcəklər. Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq. 

"Zirə" bu müddətdə bir yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da "Qarabağ"a qarşı keçiriləcək.

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 5-17 iyul tarixlərində qonşu ölkədə olacaq "Zirə" bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə daha sonra məlumatın veriləcəyi bildirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest