İrlandiya təmsilçisi "Droqeda Yunayted" UEFA-nın qərarı ilə 2025/2026 mövsümündə Konfrans Liqasından kənarlaşdırılıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, "Droqeda Yunayted" Danimarkanın "Silkeborq" klubu ilə eyni yarışda mübarizə aparmalı olacaq. Lakin hər iki klub eyni şirkət tərəfindən maliyyələşdiyi üçün UEFA İrlandiya komandasının Konfrans Liqasında iştirakına icazə vermir.

Qeyd edək ki, "Droqeda Yunayted" UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest