İngiltərənin "Liverpul" klubu PSJ-nin vingeri Bredli Barkolanı transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

İngilis klubu Fransa millisinin 22 yaşlı futbolçusunun Luis Enrikenin heyətində əsas oyunçu olmadığı üçün klubu dəyişmək istəyə biləcəyini ehtimal edir. O da vurğulanır ki, İngiltərə çempionu "Bavariya"nın rəqabətinə tab gətirməli, həmçinin futbolçu üçün 115-120 milyon avro ödəməlidir.

Qeyd edək ki, Barkola ötən mövsüm parislilərin heyətində bütün turnirlərdə 58 oyuna çıxıb, 21 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun PSJ ilə daha 3 il müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest