14 İyun 2025, 09:59
FUTBOL
"Fənərbaxça"nın yarımmüdafiəçisi Fred İngiltərə Premyer Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.
"Everton" braziliyalı futbolçunu transfer etmək istəyir. Türkiyə klubu 32 yaşlı oyunçu üçün ən azı 18 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Fənərbaxça" Fredi 2023-cü ilin yayında "Mançester Yunayted"dən transfer edib. Təcrübəli futbolçu ötən mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 45 oyunda 5 qol vurub, 8 qol ötürməsi edib.