14 İyun 2025, 10:40
FUTBOL
"Napoli" heyətinə yeni müdafiəçi cəlb edib.
Matc.az xəbər verir ki, İtaliya çempionu "Empoli"dən Luka Marianuççini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Napoli" italiyalı mərkəz müdafiəçisi üçün "Empoli"yə 9 milyon avro təzminat ödəyib. 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Luka Marianuççi ötən mövsüm "Empoli"nin heyətində keçirdiyi 24 oyunda 2 qol ötürməsi edib.