"Beşiktaş"ın hücumçusu Ciro İmmobile ölkəsinə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

"Milan" və "Fiorentina" italiyalı futbolçunu heyətinə qatmaq istəyir. Türkiyə klubu İmmobileni təzminat tələb etmədən buraxmağa hazırdır.

Qeyd edək ki, "Beşiktaş" Ciro İmmobileni ötən ilin yayında "Latsio"dan transfer edib. 35 yaşlı forvard İstanbul təmsilçisinin heyətində keçirdiyi 41 oyunda 19 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest