14 İyun 2025, 14:55
FUTBOL
"Real" müdafiəçi Marko Asensionun müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
"Kral klubu" ispan futbolçu ilə 2031-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulan sözləşmə imzalayıb. La Liqa nəhəngi yaxın zamanda bununla bağlı rəsmi açıqlama edəcək.
Qeyd edək ki, 2017-ci ildə "Real"ın akademiyasına cəlb olunub. İspaniya millisinin üzvü olan 22 yaşlı futbolçu ötən mövsüm Madrid təmsilçisinin heyətində keçirdiyi 53 oyunda 2 qol ötürməsi edib.