14 İyun 2025, 20:00
FUTBOL
"Bavariya"nın 20 yaşlı hücumçu Matis Tel karyerasını "Tottenhem"də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, londonlular gənc fransızın transferi üçün Münhen klubuna 35 milyon avro ödəyəcək.
Qeyd edək ki, Tel "Tottenhem"ə 2025-ci ilin fevralında icarə əsasında keçib. Bu müddət ərzində forvard 20 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avrodur.