FİFA prezidenti Canni İnfantino 2025-ci il iyunun 15-dən ABŞ-da keçiriləcək yenilənmiş klublararası dünya çempionatının başlaması ərəfəsində qarşıdan gələn turnirin dünya futbolu üçün inqilabi əhəmiyyətindən danışıb.

Matc.az xəbər verir ki, İnfantino futbol tarixində yeni səhifə yazdıqlarını vurğulayıb.

"Avropa ən güclü klublara və ən nüfuzlu turnirlərə ev sahibliyi edir. Amma futbol qlobal oyundur və digər regionlardan olan komandalar da bərabər imkanlara layiqdirlər. Bu turnir həqiqətən qlobal səhnə yaradacaq. Uşaqlar öz yerli komandalarını dünyanın böyük oyunçuları ilə eyni meydançada görəndə, bu, onların imkanlar haqqında təsəvvürlərini dəyişəcək. Biz təkcə turnir yaratmırıq, futbol tarixində yeni səhifə yazırıq. Əminəm ki, dünya tez bir zamanda bu hadisənin miqyasını qiymətləndirəcək".

Qeyd edək ki, iyunun 15-də başlayacaq klublararası dünya çempionatında 32 klub iştirak edəcək və 4 komandadan ibarət 8 qrupa bölünəcək. Hər kvartetdən iki ən güclü komanda pley-off mərhələsində çıxışlarını davam etdirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest