Müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərar qəbul olunub.

"Sabah" baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb. 

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərar qəbul olunub. Klub Rusiyalı mütəxəssisə peşəkarlığına, işə məsuliyyətli yanaşmasına və komandanın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə dərin təşəkkürünü bildirib. 

Xatırladaq ki, Vasili Berezutski "Sabah"a ötən ilin noyabrında təyin olunmuşdu. O, başa çatan mövsümdə kluba tarixində ilk titulunu - Azərbaycan Kubokunu qazandırmışdı. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest