Sabah klublararası dünya çempionatı ilk dəfə olaraq yeni formatda start götürəcək.

Matc.az xəbər verir ki, ABŞ-da keçiriləcək turnir 1 aya yaxın davam edəcək.

İyunun 15-dən iyulun 13-dək 6 konfederasiyadan 32 komanda 1 milyard dollardan çox mükafat fondu uğrunda mübarizə aparacaq. Format tanışdır: 8 qrup, onlardan ilk iki yer qrupdan çıxır, sonra pley-offda cütlərə bölünür, ən güclülər 1/4 finala, daha sonra yarımfinala və finala çıxırlar.

Qeyd edək ki, turnirin qalibi 125 milyon dollara qədər qazanc əldə edə bilər.

Qrup A

"Palmeyras" (Braziliya)
"Porto" (Portuqaliya)
"Əl-Əhli" (Misir)
"İnter Mayami" (ABŞ)

Qrup B

PSJ (Fransa)
"Atletiko" (Madrid, İspaniya)
"Botafoqo" (Braziliya)
"Sietl Saunders" (ABŞ)

Qrup C

"Bavariya" (Almaniya)
"Okland Siti" (Yeni Zelandiya)
"Boka Xuniors" (Argentina)
"Benfika" (Portuqaliya)

Qrup D

"Flamenqo" (Braziliya)
"Esperans de Tunis" (Tunis)
"Çelsi" (İngiltərə)
"Los-Anceles" (ABŞ)

Qrup E

"River Pleyt" (Argentina)
"Urava Red Daymonds" (Yaponiya)
"Monterrey" (Meksika)
"İnter" (İtaliya)

Qrup F

"Fluminense" (Braziliya)
"Borussiya" (Dortmund, Almaniya)
"Ulsan HD" (Cənubi Koreya)
"Mamelodi Sandauz" (Cənubi Afrika)

Qrup G

"Mançester Siti" (İngiltərə)
"Vidad" (Mərakeş)
"Əl-Əyn" (BƏƏ)
"Yuventus" (İtaliya)

Qrup H

"Real" (Madrid, İspaniya)
"Əl-Hilal" (BƏƏ)
"Paçuka" (Meksika)
"Salzburq" (Avstriya)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest