15 İyun 2025, 00:21
FUTBOL
Fransanın "Marsel" klubu müdafiəçi Eqan-Rayli ilə müqavilə imzaladığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlimat yayıb.
Bildirilir ki, 22 yaşlı ingilis futbolçu tibbi müayinədən uğurla keçərək kluba qoşulub.
Eqan-Rayli hazırda İngiltərə yığmasının heyətində 21 yaşadək futbolçular arasında 2025-ci il Avropa çempionatında çıxış edir.
Qeyd edək ki, ötən mövsüm futbolçu "Bernli"də çıxış edib. Müdafiəçi bütün turnirlərdə 43 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.