"Dəniz lordları" ləqəbli komanda 1911-cu ildə yaradılıb.

UEFA Konrans Liqasının I təsnifat mərhələsində "Zirə"yə rəqib olan "Hayduk" klubu 1911-cu ildə yaradılıb.

Matc.az xəbər verir ki, Split şəhərini təmsil edən kollektiv həmin vaxt Çexiyanın paytaxtı Praqada təhsil alan bir qrup gənc tərəfindən yaradılıb və komandaya "Hayduk" adı verilib.

"Dəniz lordları" ləqəbli komanda 1979-cu ildən ev oyunlarını 35 min azarkeş tutumuna malik "Poljud" stadionunda keçirir. 114 yaşlı klubun qitə kuboklarında ciddi uğuru yoxdur. Komanda ən yaxşı halda 1/4 finalda mübarizə aparıb.

9 dəfə Yuqoslaviya, 6 dəfə isə Xorvatiya çempionu olan komandanı hazırda ispaniyalı mütəxəssis Qonsalo Qarsiya çalışdırır. Marin Brbiçin prezidenti olduğu "Hayduk" ötən mövsüm ölkə çempionatında 63 xalla üçüncü pilləni tutmaqla Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.

Komandanın heyətinə nəzər saldıqda, vaxtilə "Barselona"nın heyətində Çempionlar Liqasının qalibi olmuş İvan Rakitiçi görmək olar. Ötən ildən komandanın heyətinə cəlb edilən 37 yaşlı yarımmüdafiəçi 2007-ci ildən 2019-cu ilə qədər Xorvatiya yığmasının da şərəfini qoruyub.

"Hayduk"un əsas komandası heç vaxt Azərbaycan təmsilçiləri ilə beynəlxalq yarışlarda üz-üzə gəlməyib. Yalnız 19 yaşadək futbolçulardan ibarət kollektivi 2022-ci ildə UEFA Gənclər Liqasının I mərhələsində "Qəbələ" ilə qarşılaşıb. Hə iki matç (3:0, 2:1) rəqibin xeyrinə başa çatıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Zirə" ilk matçı evdə, cavab görüşünü səfərdə keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest