18 İyun 2025, 19:10
FUTBOL
Portuqaliyalı yarımmüdafiəçi Bernardo Silva "Mançester Siti"nin yeni kapitanı olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" paylaşıb.
30 yaşlı futbolçu 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 49 matçda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Silvanın klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 38 milyon avrodur.
Qeyd edək ki, bundan əvvəl komandanın kapitanı, qışda "Milan"a keçən Kayl Uoker (2023-2025-ci illərdə) olub.