"İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdır".

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin bu gün keçirilən püşkatmasında "Zirə"nin rəqibi Xorvatiyanın "Hayduk" klubu olub. 

Matc.az xəbər verir ki, bununla bağlı "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov klubun mətbuat xidmətinə açıqlama verib: 

"Püşk bizə "Hayduk" komandasını rəqib elədi. Düşünürəm azarkeşləri iki gərgin va maraqlı oyun gözləyir. İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdır. İnşallah, inanıram ki, mərhələni keçən tərəf biz olacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest