19 İyun 2025, 10:58
FUTBOL
"Nitsa"nın hücumçusu Evan Qessand "Fənərbaxça"nın təklifini qəbul etməyib.
Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumaat yayıb.
Fil Dişi millisinin üzvü olan futbolçu Türkiyədə oynamaq istəməyib. 23 yaşlı forvard karyerasını Avropanın 5 böyük liqasından birində davam etdirmək fikrindədir.
Qeyd edək ki, "Fənərbaxça" Evan Qessand üçün "Nitsa"ya 30+5 milyon avroluq rəsmi təklif göndərmişdi.