19 İyun 2025, 17:21
FUTBOL
"Beşiktaş" heyətinə yeni müdafiəçi cəlb etməyi planlaşdırır.
Matc.az "Hellas Live"yə istinadən xəbər verir ki, İstanbul nəhəngi Adrian İsmaylini transfer etmək istəyir.
Albaniyalı futbolçunun "Empoli" ilə müqaviləsi 30 iyun tarixində başa çatır. "Beşiktaş" azad agent statusunda olacaq 28 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlamağa hazırlaşır.
Qeyd edək ki, Adrian İsmayli ötən mövsüm "Empoli"nin heyətində 31 oyunda iştirak edib.