"Fənərbaxça"dan ayrılan Edin Ceko "Fiorentina"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı İtaliya klubunun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, 39 yaşlı forvard tibbi müayinədən uğurla keçib. Lakin müqavilənin detalları barədə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, Edin Ceko ötən mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 53 rəsmi matçda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest