29 yaşlı ispaniyalı Karlos Kuesta İtaliyanın "Parma" klubuna baş məşqçi təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, mütəxəssisin müqaviləsi 2027-ci il iyunun 30-na kimidir, müqavilənin daha bir mövsümə uzadılması mümkündür. Məşqçinin rəsmi təqdimatı iyunun 26-da baş tutacaq.

Kuesta 18 yaşında futbolçu karyerasına son qoyub, bundan sonra məşqçi olub. O, Madrid "Atletiko" akademiyasında (U-17 komandası) köməkçi məşqçi kimi çalışıb, sonra "Yuventus"un yeniyetmələrdən ibarət komandasında işləyib və 2020-ci ilin yayından etibarən Londonun "Arsenal" klubunda Mikel Artetanın məşqçilər korpusunda çalışıb.

Qeyd edək ki, Kuesta A Seriyasının tarixində ikinci ən gənc məşqçidir.

Ötən mövsüm "Parma" A seriyasında 16-cı yeri tutaraq çempionatdakı yerini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest