20 İyun 2025, 20:25
FUTBOL
Yeni mövsüm hazırlıqlarını davam etdirən "Qarabağ" ikinci transferini reallaşdırıb.
Matc.az xəbər verir ki, Ağdam klubu Portuqaliyanın "Alverka" klubunun yarımmüdafiəçisi Pedro Bikalyonu heyətinə cəlb edib.
24 yaşlı braziliyalı futbolçu ilə "3+1" illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, peşəkar karyerasına 2020-ci ildə "Kruzeyro"da başlayan Pedro 1 il sonra "Palmeyras"a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.
Yarımmüdafiəçi icarə əsasında Braziliyanın "Vitoriya", Portuqaliyanın "Santa Klara" və "Alverka" klublarında çıxış edib.