20 İyun 2025, 22:28
FUTBOL
"Liverpul" "Bayer"dən yarımmüdafiəçi Florian Virtsin transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.
Bildirilir ki, 22 yaşlı pleymeyker şəxsi şərtləri razılaşdırdıqdan və tibbi müayinədən uğurla keçdikdən sonra İngiltərə çempionu ilə uzunmüddətli müqavilə imzalayıb.
Daha əvvəl mətbuatda "Liverpul"un Virtsin transferi üçün 150 milyon avro ödəyəcəyi barədə məlumatlar yayılmışdı. Alman yarımmüdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalayacağı vurğulanıb.
Qeyd edək ki, ötən mövsüm Virts bütün turnirlərdə 45 matçda iştirak edib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 140 milyon avrodur.