21 İyun 2025, 09:36
FUTBOL
"Renn"in 23 yaşlı hücumçusu Arnaud Kalimuendo "Roma"ya keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sportmediaset" məlumat yayıb.
Bildirilir ki, Roma klubu komandadan ayrılan Eldor Şomurodovun yerinə forvard axtarır.
Qeyd edək ki, Kalimuendo PSJ akademiyasının yetirməsidir. O, 2022-ci ilin avqustunda 20 milyon avroya "Renn"ə keçib. 23 yaşlı hücumçusu 112 matçda 40 qol vurub və 14 məhsuldar ötürmə edib.