İngiltərənin "Nottingem Forest" klubu baş məşqçi Nunu Eşpritu Santunun müqaviləsini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, portuqaliyalı mütəxəssislə yeni sözləşmə 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis komandaya 2023-cü ilin dekabrından rəhbərlik edir. "Nottingem Forest" ötən mövsümü İngiltərə Premyer Liqasında 7-ci sırada başa vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest