21 İyun 2025, 11:05
FUTBOL
"Zirə"nin UEFA Konfrans Liqasındakı rəqibi "Hayduk" futbolçusu Yosip Elezlə yolları ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçi ilə müddəti başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Yosip Elez Split klubunun heyətində ümumilikdə 91 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. O, "Hayduk"un heyətində iki dəfə Xorvatiya Kubokunu qazanıb.