21 İyun 2025, 13:30
FUTBOL
"Real"ın hücumçusu Kilian Mbappe böyük ehtimalla Madrid klubunun heyətində klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda "Salzburq"a qarşı keçiriləcək oyunda meydana çıxacaq.
Matc.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında jurnalist Serxio Quirante məlumat verib.
Xatırladaq ki, iyunun 19-da fransız futbolçu kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həmin gün axşam saatlarında futbolçu komandanın düşərgəsinə qayıdıb.