21 İyun 2025, 14:12
FUTBOL
"İnter Mayami"nin hücumçusu Lionel Messi klubu ilə yeni müqavilə imzalayacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Bildirilir ki, müqavilənin uzadılması son mərhələdədir. Yeni müqavilə 2026-cı ilin dekabrına qədər nəzərdə tutulub.
Qeyd edək ki, bu mövsüm Messi 22 oyun keçirib, 16 qol vurub və 6 məhsuldar ötürmə verib.