"Real"ın yarımmüdafiəçisi Daniel Seballos baş məşqçi Xabi Alonsonun ona qarşı münasibətindən məyus olub və İspaniya nəhəngini tərk edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Bildirilir ki, futbolçu komandaya gəldiyi ilk gündən Alonso ilə çalışsa da, klublararası dünya çempionatının "Əl-Hilal"la qarşılaşmada (1:1) ehtiyat oyunçular skamyasında qalan əsas heyətdən yeganə sağlam futbolçu olmasından qəzəblənib.
Madrid klubu hesab edir ki, ispaniyalı çalışdırıcı "Real"dan getməyə hazır olan 28 yaşlı yarımmüdafiəçinin performansında razı deyil.
Qeyd edək ki, ötən mövsüm Seballos bütün turnirlərdə 41 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib. 28 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 10 milyon avrodur.