Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünə çıxıb.

Matc.az xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan oyun Aqil Nəbiyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Şikar Şikar və Ömər Kosayev vurublar.

Qeyd edək ki, bu komandalar arasında iyunun 19-da keçirilən ilk oyunda Azərbaycan millisi 3:2 hesablı qələbə qazanıb.

Azərbaycan (U-16) – Moldova (U-16) - 2:1
Qollar:
Şikar Şikar, 58; Ömər Kosayev, 89 // Damian Xanqan, 69
Qırmızı vərəqə: David Ostafi, 82

Azərbaycan: 1. Bilal Hacıyev, 5. Roman Fərzəli, 21. Uğur Qurbanlı, 3. Vaqif Məmmədli, 6. Ruslan Quliyev, 20. Mehdi Hüseyn (4. Vaqif Nəbiyev, 73), 24. Rəsul Balakişiyev (19. Firdovsi Şeydayev, 62), 16. Şikar Şikar (7. Yusif Orucəliyev, 73), 10. Əli Bəşirov (k) (18. Cavidan Əlizadə, 71), 8. Nihat Hüseynzadə, 23. Daniil Rəcəbov (9. Ömər Kosayev, 46)
Ehtiyat oyunçular: 12. Kamal Camalzadə, 2. Mehdi İsmayılov, 11. Tunar Bayramov, 13. Əli İsrafilov, 14. Ramil Hacıyev, 15. Cəfər Cəfərzadə, 17. Nicat Əhmədzadə, 25. Ranar Qazibəyov, 27. Fəqan Mustafayev
Baş məşqçi: Aqil Nəbiyev

Moldova: 1. Oktavian Giaur (k) (12. Vlad Dediu, 67), 3. Ektor Kreçesko (2. Qriqori Toriç, 46), 14. Timur Qamurar (5. Nikolas Yeşanu, 46), 15. David Ostafi (10. Mixai Puşkaşu, 67), 4. Mixail Baqrin, 13. Nikita Sili (6. Maksim Patron, 46), 18. Nikita Danielli (7. Darius Dodonu, 46), 16. Katalin Qaliçenko, 17. Boqdan Lupaşko (9. İon Kalmik, 61), 20. Kristian Jeçev (8. Damian Xanqan, 46), 19. Aleksandru Mardari (11. Aleksandru Bokança, 46)
Baş məşqçi: Nikolae Bunea

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest