İstedadlı türkiyəli gənc yarımmüdafiəçi Arda Gülər ​​Xabi Alonsonun "Real"a baş məşqçi təyin olunmasından sonra Madrid klubunda qalmaq istədiyini bildirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

"Xabi Alonso ilə özümü daha vacib hiss edirəm, o, mənimlə hər zaman danışır. Onunla özümü yaxşı hiss edirəm, çünki o, oyunun tempinə nəzarət etməyi sevir, daha çox qısa ötürmələr istəyir və məni yarımmüdafiəçi kimi görür, bu mənim üçün daha yaxşıdır", - deyə Gülər açıqlama verib.

Xatırladaq ki, 2024/25 mövsümündə Gülər ​​"Real"da kifayət qədər oyun praktikası qazana bilməyib. Aprel ayında Karlo Ançelottinin komandanın baş məşqçisi postunda qalacağı təqdirdə, onun "Real"dan ayrılacağı bildirilirdi.

Gülər ​​"Real"da bütün yarışlarda 44 oyununda iştirak edib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest