22 İyun 2025, 20:50
FUTBOL
"Milan" "Qalatasaray"da icarə əsasında çıxış edən Alvaro Moratanı "Komo"ya transfer etmək imkanını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport Mediaset" paylaşıb.
Bildirilir ki, klublar artıq müqavilənin şərtlərini müzakirə etməyə başlayıblar. Milanlılar ispan hücumçu üçün 15-18 milyon avro alacağını gözləyirlər. Lakin transferi başa çatdırmaq üçün ilk növbədə futbolçunun cari ilin yanvarından çıxış etdiyi "Qalatasaray"dakı cari icarəsinə xitam verməli olacaqlar.
Qeyd edək ki, 2024/25 mövsümündə forvard A Seriyasında 16, Türkiyə Superliqasında isə 12 oyuna çıxıb, 11 qol vurub.