22 İyun 2025, 22:20
FUTBOL
Türkiyəli gənc mütəxəssis Burak Yılmaz "Kasımpaşa"nın baş məşqçisi postundan ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb.
39 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Futbolda fikir ayrılıqları olacaq, bu çox təbiidir, əsas olan incimədən, incitmədən ayrıla bilməkdir. Kasımpaşa camiası, ürəyim hər zaman sizinlə olacaq. Sizə uğurlar arzulayıram", - deyə Yılmaz paylaşım edib.
Qeyd edək ki, Burak Yılmaz bu ilin yanvarından İstanbul təmsilçisində işləyirdi.