23 İyun 2025, 11:53
FUTBOL
"Borussiya"nın futbolçusu Ceymi Gittens Bundesliqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb.
"Bavariya" ingiltərəli vingeri transfer etmək istəyir. Almaniya çempionu 20 yaşlı oyunçu üçün 65 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, "Borussiya" Ceymi Gittensi 2020-ci ildə "Mançester Siti"nin akademiyasından transfer edib. İngiltərə U-21 millisinin üzvü ötən mövsüm Dortmund təmsilçisinin heyətində keçirdiyi 49 oyunda 12 qol vurub, 5 qol ötürməsi edib.