23 İyun 2025, 14:01
FUTBOL
"Cenoa" "Beşiktaş"dan icarəyə götürdüyü Jan Onananı komandada saxlamayacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yaayıb.
İtaliya klubu kamerunlu yarımmüdafiəçi üçün 1,5 milyon avroluq satınalma bəndini işə salmayacaq. 25 yaşlı futbolçu "Beşiktaş"a qayıdacaq.
Qeyd edək ki, "Cenoa" Jan Onananı bu ilin yanvar ayında icarəyə götürüb. O, A Seriyası təmsilçisinin heyətində 9 oyunda meydana çıxıb.